Haqqımızda

“DİNAMİK YAPI” MMC – Memarlıq və Dizayn şirkəti olaraq 2006 – cı ildən bu yana fəaliyyət göstərməkdədir. Çalışdığımız müddətdə bir çox yeniliklərə imza atmışıq. Bununla yanaşı evlərin, ofislərin, bağ evlərinin və bir çox ictimai iaşə obyektlərinin , yüksək zövq və incəliklə eskiz proyektləri, eksteryer və interyer dizaynları, landşaft işləri Dizayn Studiyamız tərəfindən həyata keçmişdir.

Bildiyimiz kimi memarlıq sahəsi böyük bir sahəni əhatə edir ki, bu da öz növbəsində bir neçə bölmələrə və üslublara bölünür. Bu bölmələr müasir memarlığın əsasını təşkil edir. Onlara misal olaraq  Modern, Klassik və onlardan doğan Art Deko, Haytek göstərmək mümkündür.

“DİNAMİK YAPI” MMC olaraq əsl məqsədimiz bizə müraciət edən müştərilərin istək və arzularını dinləmək və bu istəklər əsasında işimizi həyata keçirməkdir.

Fikirləşirik ki, bu günə qədər bizə etibar edən müştərilərimizin  üzündə sonda təbəssüm və sevinc hissləri yaratmışıq. Siz də bizə etibar edin və sonda sevinənlərdən olun.

 

Direktor,

Rövşən Fazil oğlu Zamanlı 20 Avqust 1977 – ci il Cəbrayıl rayonunun Nüsüs kəndində anadan olmuşdur.  1984 – cü ildə Nüsüs kənd orta məktəbinin 1 – ci sinfinə getmiş,  1994 – cü ildə məktəbi  müvəffəqiyyətlə bitirmişdir. Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuşdur. Hələ universitet illərində tikintiyə olan marağı onu zaman keçdikcə bu sahəyə daha da yaxınlaşdırır. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanmış və hərbi xidmətdə olduğu müddət ərzində də komandirləri tərəfindən dəfələrlə fəxri fərmanla təltif olunmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Bakıya qayıdan Rövşən Zamanlı ilk növbədə çoxdan bəri arzusunda olduğu təmir sahəsində işlərə başlamışdır. Zaman keçdikcə onda olan fəza təsəvvürü riyazi və həndəsi bilikləri onun bir çox yeniliklər etməyinin əsasını qoymuşdur. Nəinki ölkəmizdə, hətta, ölkəmizdən kənarda da bir çox layihələrə imzasını atmışdır.

2006 – cı ildə Memarlıq və Dizayn şirkəti olan “Dinamik Yapı” MMC – ni yaratmış, həmin ildən də şirkətin direktor vəzifəsində çalışmışdır. Bu illər ərzində memarlıq və dizayn sahəsində bir çox layihələrə, həmçinin tikinti sahəsində də bir çox yeniliklərə imza atmışdır. Ona misal olaraq müxtəlif mənzillərdə beton və kərpic divarların söküntü və tikinti işləri olmadan kəsilərək istənilən yerə yerdəyişməsini həyata keçirmək, interyerdə MDF taxta işləmələrin tətbiqini həyata keçirmişdir.

Yüksək insani keyfiyyətləri - xeyirxahlığı, alicənablığı, sadəliyi ilə seçilən bu insan yüzlərlə insanın işlə təmin olunmasında baş rol oynamışdır. Ailəlidir, 4 övladı var.