Aralıq dənizi

Aralıq dənizi üslubu, Aralıq dənizi sahili ölkələrinin mədəniyyətlərindən formalaşmışdır, üsluba xüsusi töhvəni İtaliya və Yunanıstan verib, müstəqil olaraq 50 ildən artıq mövcuddur. Üslubun əsasına bu ölkələrdə yaşayan əhlinin həyat tərzi yatır, ev atributları, onların rəssamlığı və memarlığı. Üslub günəşə, dənizə və sulu bitkilərə bağlı olan hər şeyi özündə mənimsəyib, ümumiyyətlə romantik abu – havaya aid hər şeyi, sakitləşdirmək və dinclik hissi verir.

İnteryerdə qurşaqlanmış mebel və parlaq rəngli ağac materialları, təbii materiallar və keramikanın mərmərin antikliyi ilə ahəngi, meyvə qarışığından kompozisiyalar həmçinin dekorasiyada dəniz mözusu xarakterikdir. Heç bir dəbdəbə və pafosdan sözü gedə bilməz – yalnız ixtiraçılıq payı ilə praktiklik və sadəlik irəli sürülür. Ona görə də Aralıq dənizi Üslubu hər yerə münasibdir.

Rənglərə görə qərarlar. İtalyan palitrasında isti tonlar üstünlük təşkil edir - terrakotta, kərpic, torpaq, bej, sarı, zeytun və açıq yaşıl. Lakin Yunan interyerində soyuq rənglər zəngindir – ağ, limon sarısı, göyün bütün çalarları, göyümtül yaşıl, zümrüd və xüsusi vurğularda çəhrayı – qırmızı.

İtalyan interyerinin divar və tavanının haşiyəsində fərqli fakturalı mat hamar üzlüklərdən – dekorativ gipslərdən, mozaikli divar plitələri və immitasiyalı fresklərdən istifadə olunur ki, hansı ki, döşəməyə rəvan bir şəkildə keçəcək. Divarlara tək rəngdə bir neçə qat rəngləməyə yol veriləndir. Yunan evlərində ağ suvaq çəkilmiş divarlardır və ya üzlənmiş, rənglənmiş taxta panellərdir. Kamin dekorunda və mətbəz ətrafı divarlarda keramik plitələrdən və kənarları kələ - kötür olan kərpiclərdən istifadə münasibdir.

Döşəmə adətən taxtadan, kafeldən və ya terrakot plitələrindən olur. Mərmərdən mozaika Aralıq dənizi üslubunda çox zövqlü görsənir.

Mebel – rəngli taxtadan, əsasən boyanmış palıd və şamdan, qamışdan hörmə və ya döymə və toxunma elementləri olan rotanqa, jurnal masası və stolları mərmərdən və ya kaşıdan olur. Boyalı saxsılar nümayiş olunan açıq taxçalar, qamış oturacaqlı stullar Aralıq dənizi üslubunun interyerində xarakterikdir.

Pəncərələrdə - xarici panjurlar və ya markizlərdən, jalüzlərdə də parçadan və ya bambukdan istifadə olunur.

Toxuma əşyaların seçilməsi praktikdir – mələfədə, yastıqlarda və örtülərdə təbii parçalarda iddiasız naxışlar mütləqdir. Sadə ağ və ya krem rəngli qaytan heç bir işarə olmadan bəzəkdir – süfrələrdə, kamodların və şkafların üzərində, həmçinin yastıq üzlərində.

Dənizdən toplanmış çınqıl və balıqqulaqları interyerin aksesuarı ola bilər. Taxçalarda çox sayda saxsı qab – qacaq və dibçəkdə çiçəklərə yer verilir. Yosundan, qamışdan və sabır ağacından həsirlər interyerə təbiətlə birgəlik duyğusu gətirir.

Hər nə olursa olsun Aralıq dənizi üslubunun bir fikri var – bu dənizdir, günəşdir, bitkilərdir, həmçinin təbilik və istirahət hissi yaratmaqdır.