Art Deko

Art Deko ampir, hind ekzotikası, afrika motivləri kimi üslubların qarışığı nəticəsində meydana gəlmişdir. Art Deko hərfi tərcümədə "dekorativ sənət" mənasını verir və interyer dizaynında şərq motivlərini və XX əsrin birinci yarısında yaranmış yeni əsərlərlə keçmiş elementləri özündə birləşdirir. Dekorativ incəsənətdə tuncdan və fil sümüyündən hazırlanmış heykəllər Art Dekonun simvoludur. Art – Deko termini 1925-ci ildə yaranmış dekorativ sənətin beynəlxalq sərgisi adından götürülüb, 1966-cı ildə Parisdə sərginin dirçəlişindən sonra bədii üslubu ifadə edən termin kimi istifadə olunmağa başlandı. Əvvəl onu "Caz moderni", "Ziqzaq modern", "Axarlı modern" adlandırırdılar.

Üslub ayrı-ayrı elementlərin cəmini təsvir edir. Bu interyerlərdən bir çoxunu "kolleksiyaçı pavilyonu", "rəssam atelyesi" kimi adlandırırlar və onlar bahalı mehmanxanaların və restoranların dəbdəbəsini xatırladır. Məhz buna görə bəzən Art Deko üslubunu "Ritz üslubu" kimi də adlandırırlar. Sadəlik və həndəsilik art – deko üslubunu əlçatan edərək mebelin kütləvi istehsal erasını başlatdı. Art Deko yüngül, artıq informasiya ilə yüklənməmiş bir üslubdur.

Art Deko - cah cəlala yönəldir. Bu üslubda əsas - effektivlik, gözəllik, parlaqlıq, cəh-calal və təmtəraqdır. Art Deko interyerin rəng palitrası bir qayda olaraq qara və tünd-qəhvəyi rənglər olmaqla tünd çalarlardan ibarətdir. Həmçinin parlaq rənglərdən də istifadə olunur, ancaq onlar əsasən çoxsaylı ornamentlərdə öz əksini tapır. Bu üslubda təmir olunmuş evlərdə yaxşı işıqlandırma əhəmiyyətli şərtdir və eyni zamanda da işıqlandırmanın dalğın olmağı mütləqdir. İnteryerin tərtibində, şüşədən, keramikadan, parçadan, tuncdan, həmçinin mebel üçün ağac və dəridən, döşəmədə isə bahalı mərmərdən istifadə olunur. Divarlar mebel və interyerin başqa atributları üçün yalnız fon kimi xidmət etmək üçün hazırlanır. Buna görə də Art Deko üslubunda praktik olaraq şəkilli divar kağızları yoxdur.