Art Nuvo

Art- nuvo adı və ya Ar – nuvo fransız sözü olub L’Art Nouveau – dur, mənası yeni incəsənət deməkdir. XIX-XX əsrin əvvəllərinin Müasir dövründə Fransız incəsənəti belə adlanırdı. Əslində Аrt - nuvonun müəyyənləşdirilməsi modern sənətinə qismən məxsusdur, əslində “floreal” üslubun bir istiqamətidir ki, hansı ki, hələ də dekorativ tətbiqli - ornamentli üslub hesab edilir.

Art – nuvo üslubunun fərqləndirici xüsusiyyəti şərq havasını və konstruktivliyinə meylliliyinin vəhdətini simvollaşdırlaşdıran, dalğalı və əyilmiş xəttlərdir. Əyilmiş xəttlərin dekoru vizual olaraq konstruksiya elementləri ilə qarışdırılır. İnteryerin bəzənməsində tutulmaz çevik formada olan bitkilərin aksenti yaradılır. Bu yanaşmanı fantastik rəngdə olan kolluqlara bənzəyən metal konstruksiyalarda edilir.

Art – nuvo üslubunun simvolları – incə alp bənövşəsi çiçəyi və “su” bitkiləri, zanbaq, süsən, yosunlar, həmçinin öz müstəvisinə kölgə qoymayan yumşaq dalğalı zolaq formasında olan heyvan və bitkilərlə üslublaşdırılır.

Art – nuvo üslubunda interyer təbiət sevənlərin o zaman ürəyincə olur ki, məkanın tərtibatında bütün detallar təbii görünür. Məhz bu səbəbdən üslub düz xəttlərin istifadəsini xoş qarşılamır. Hətta düz künclərə bu üslubda siz rast gələ bilməzsiniz – onlar çox ustalıqla örtülür və yuvarlaqlaşdırılır. Həmçinin mebellərdə də kobud, iti tinlər üsluba ziddir.

Rəng istifadəsinə üslub xüsusi tələblər irəli sürür. Burada rəng palitrasında məhdudiyyətlər vardır ki, su çalarları üstünlük təşkil edir: ağ, mavi, qızılı və gümüşü.

Qaldı ki, Art- nuvo üslubunda binaların işlənməsində istifadə olunan materiallara, burada dizaynerə seçimdə sərbəstlik verilir, ən əsası bütün materiallar bir – birilə həmahəng olsun. Əsasən metal, taxta, kərpic və şüşədən, həmçinin divar kağızları və divar işləmələri, güzgü və vitrajlardan istifadə olunur.

Art – nuvo üslubuna daha çox ailəli cütlüklər və subay gənc qızlar üstünlük verir. İlk öncə çalarlarında həlimliyi və yumşaqlığı ilə interyerində Art – nuvo üslubundan istifadə edənlər öz incəliyi və zərifliyi haqqında deyir.