Avanqard

AVANQARD – interyerdə bədii – memarlıq üslubudur, XX əsrin əvvəllərində inqilabi əhval - ruhiyyənin təsiri altındakı, cəmiyyətdə gənclərin üstünlük dövr etdiyi vaxtda meydana gəlmişdi.

Avanqard üslub Klassik üslubun qətiyyətlə əks üslubu hesab edilir.Avanqard üslubda icra edilən interyer, qeyri – adi düşüncələri və orijinal zövqləri olan yaradıcı insanların, həmçinin heç bir asılılığı olmayan - sərbəstliyi sevən insanların könlünü oxşayacaqdır.

Avanqard üslubun əsasında nə dayanır? Birinci növbədə rəngdir. Burada uyğunsuz rənglərin qarışığından istifadə olunur. İlk öncə parlaqlıq və vulqarlıq arasında zərif toxunuş hiss olunmalıdır, o zaman siz həqiqətən də zövq verici nəticə əldə edəcəksiniz. Adavanqard üslub profesionalın icrasında – hər detalın hazır görünüşünün öz yerində olmasıdır. Bu üslubda xırdalıq olmur.

Avanqard üslubun interyerində divar kağızının istifadəsi istisnadır. Əgər Avanqard lazımdırsa, siz rəssama çevrilirsiniz. Sizin əsas silahlarınız fırça və boya olacaqdır. Təcrübə edin və uyğunsuzluğu birləşdirin. Məsələn, divarın birini qara rəngə boyamaq mümkündür, onun əksində olan divarı isə ağ. Ağ divarın yanında qara kreslo olarsa, təzadın effekti güclənəcəkdir. Amma qara divarda açıq kölgə etmək olar. Ümumiyyətlə 4 divarın hər birini fərqli rəngdə rəngləmək mümkündür. Unutmayın ki, Avanqard o vaxt təbbi görsənir ki, öz təzahürlərinizdə cəsarət göstərəsiniz.

Mebel Avanqard üslubun digər detalları kimi, unikal elementləri özündə göstərir. Bu səbəbdən də divan kreslo dəstinə xüsusi bir yer ehtiyac yoxdur – Avanqard üçün bu çox bayağıdır. Parlaq divarlara tünd mebel daha uyğundur.Ümumiyyətlə burada istənilən forma və qərarlar mümkündür və bu ancaq mebelə aid deyil. Məsələn, müxtəlif qeyri – adi materialları birləşdirmək olar, rəngli metaldan və ya şüşədən qeyri – adi, maraqlı kompaziya hazırlamaq olar. Nəticədə siz sadəcə yaşayış yeri yaratmayacaqsınız, siz həm də əvəzolunmaz incəsənət işi yaradacaqsınız.

Öz evinizdə Avanqard üslub yaratmaqla siz, elə bil nəticəsi sonuna qədər bilinən eksperiment aparmış olursunuz. O zaman siz evinizi hər bir zərrəsindən zövq alacaqsınız.