Barokko

Barokko – interyerin bu üslubu XVII əsrdə İtaliyada yaranıb. Üslubun fərqləndirici xüsusiyyəti onun adında gizlidir – İtalyan dilindən tərcümədə Barokko – “ifrata meyllilik” deməkdir. Üslub özündə dəbdəbə və təmtəraqı alqışlayır.

Barokko üslubunun interyerdə istifadəsi plastik formaların və qəribə naxışların yaranması ilə müşayiət olunur. Otaq daha həcmli və yüksək olur. Burada əsas diqqət fresk naxışlarına yönəlir, divarlar və tavanlar onunla bəzənir. Barokko üslubunun dekorunda əvəzolunmaz elementlərdən biri də - möhtəşəm toxunmuş xalçalar – onlar tavandan divar boyu hamar şəkildə döşəməyə qədər uzadılır.

Güzgü – dekorun əsas elementidir ki, Barokko üslubunun heç bir interyeri onsuz ötüşmür. Adətə görə güzgülər insan boyuna uyğun olaraq hazırlanır, zərlə bəzədilir. Həmçinin Barokko üslubunda bitki mövzusu da xoş qarşılanır: ağac budaqları, iri yarpaqar və çiçəklər.

Dəbdəbə və zinət burada hər detalda özünü göstərir. Barokko üslubu – dəyərli metalların və nadir daşların çoxluğudur ki: qızıl və gümüşün mərmər və mozaikanın birləşdirilməsidir. Mebelin bəzəməsində nadir və bahalı parçalardan, saçaqlardan istifadə olunur.

Çoxsaylı heykəltəraşlıq və rəsm əsərləri də burada çox populyardır. Deməli, Barokko üslubunda yarıçılpaq bədənli rəsm əsərlərinə, əsasən kənd qızı həyatını əks etdirən fərqli təbiət peyzajlarına çox rast gəlinir.

Barokko üslubunda mebeldə ciddi həndəsi formalardan ümumiyyətlə istifadə olunmur, onun əvəzinə dəbdəbəli çevrələr, kələ - kötür söykənəcəkli divanlar və oturacaqlar, əyri ayaqları olan masalar və s. göstərilir. Barokko üslubunun vizit kartına çevrilmiş maraqlı tapıntıları, - bunlar bürünc künc saatlar, siyirməli şkaf və kamotlar və heykəllər üçün tumbalardır.

Barokko üslubu - əlvan rənglərlə boyanmış rəsm əsərləridir ki, işığın və kölgənin harmonik oyunudur, hansı ki, özünü hər şeydə biruzə verir – heykəllərdə, zəngin bəzəklərdə, bahalı mebellərdə və möhtəşəm instruksiyalarda. Hətta ən sadə interyer belə mürəkkəbləşdirilmiş tərtibat alır, divarlar isə öz xüsusiyyətlərini vizual itirir - mətinliyini və möhtəşəmliyini.

Barokko üslubu zəngin zadəgan saraylarının atmosferini yaratmaq məqsədi daşıyır, gündəlik həyatın müasir problemlərindən uzaqlaşdıraraq bizi nağıllar aləminə aparır.