Hay Tek

Hay Tek üslubu dedikdə (ingilis dilindən tərcümədə hay tek yüksək texnologiyalar deməkdir) - ötən əsrin sonlarında postmodernist memarlıq əsəri, konstruktivizm ahəngdar birləşməsi və məkanın funksionallığını özündə təcəssüm etdirən, yüksək texnologiyalar, dekorun sadəliyi və ciddiliyi nəzərdə tutulur. Düz xətlərin və sadə fiqurların olması, sənaye konstruksiyalarının və mobil arakəsmələrdən istifadə, sınmayan şüşə olan böyük məkanların bölgüsünə yenidən planlaşdırmaya və funksional zonaları üçün şərait yaradır.

Üslubun daha bir xüsusiyyəti, materialın estetikasının təbliği - metal, şüşə, ağac və plastikdən, boru və bayır pilləkən istifadədir. "Görülən iş" materialı parlaq səth və zinət əşyalarının olmamasını tamamilə kompensasiya edir, şüşə üzərinə işıq oyunu və ya daha dəqiq seçilmiş işıqlandırılma sistemi isə işıqlı və geniş otaq effekti yaradır.

Hay Tek üslubunun böyük hissəsi cavanlar üçündür ki, müasir materiallara üstünlük verir, qeyri ənənəvi formalar, lakin ənənəvi mebel, elektronika, xromlanmış borular, hamarlanmış səth və mühəndis avadanlığını əks etdirən konstruksiyalar.

Üslubun nişanəsi mütləqdir açıq tonlarda hamar divarlar, xüsusilə də ağ, bej, torpaq və açıq boz tonlarında boyalar, minimalizmin idealarına uyğun olaraq heç bir bəzək istifadəsi etməmək. Əlbəttə boş divarları canlandırmaq mümkündür, metal çərçivələrdə olan rəsm əsərlərini və ya rəssamların abstrakt rəsmlərini yerləşdirərək.

Üslubun şüarı eyni səviyyədə və ya kaskadlı asılmış daxili bol işıqlandırma və kiçik haloid lampalar, hansı ki, sadəlik və yüngüllük hissini yaradır. Ciddi həndəsi formada birrəng üzlü yumşaq mebel üslubun inteyerində çox münasibdir. Rəsmi canlandrmaq üçün bir parlaq ləkə belə kifayətdir, məsələn, parlaq rəngli divan. Həmçinin kosmik çarpayı, rəngli şəffaf plastik dolab və ya dəri kreslo, təmas zamanı rənginin dəyişməsi, yəqin ki, eksperiment sevərlərin ürəyincə olar.

Pəncərələrdə jalüzjər daha gözəl görsənir. Eviniz ofisə oxşamasın deyə pərdə də əlavə etmək olar, lakin açıq və birrəng, orta qalınlıqda olması şərtilə. Döşəməyə xalça örtükləri daha məqsədə uyğundur və ya birrəng uzun tüklü xalılar da olar. Zebra dərisi interyerə xüsusi işıltı verəcək, halbuki süni xəz mallarından istifadə daha məsləhətdir.

Heç bir şey məkanı içərisi nadir balıqlardan ibarət olan akvarium qədər bəzəyə bilməz. Rəngli plastikdən olan (qırmızı, qara və ya göy) və ya xanımlar üçün leopard rəngdə kompüter ətraf mühiti tamamlayır.

Hay Tek üslubu yaşayışda digər üslublarla - etnikdən tutmuş neoklassizmə qədər kombinlərdə tez tez aşkarlanır. Bu gün isə heç vaxt olmadığı qədər populyardır, yüksək texniki yenilikləri, girov yararlılığı, dizayn və interyerdə dəbliliyi ilə.