Kantri

Kantri kənd həyatı üslubudur ki, xarakterik xüsusiyyətləri – sadəlik və orijinallıq, yüksək funksionallıq və Hay – Tek üslubunun atributlarından minimum istifadə. Kantri etnik komponentləri olan ölkə və ya xalqlarla daim bağlıdır. Məsələn, Amerikan Kantrisində dekorun dəyişilməz elementi – Kovboy papğıdır, amma, Avropada bu Qnom suveniridir. Ancaq bununla yanaşı, Kantri üslubunun istiqaməti tamamilə müstəqildir. Onun dəyişilməz tərkibi əlverişli şərait, rahatlıq və bir parça romantizm, kənd həyatına xas elementlər.

Kantri üslubunda dostyana söhbətlərə, uzun uzadı dost məclislərinə və doğmalarla birgə çay süfrəsinə yer çox münasibdir. Üslub kənd həyatı tərzinə uyğun olsa da, xüsusi seçimlərə görə düzəlişlər də etmək mümkündür.

Kantri üslubunun daxili dizaynında mebellər – yüngül yonulmuş təbii materiallardan ibarətdir. Ümumiyyətlə mebel əl işləməsi,hazırlanmış olur, xüsusilə kiçik ekzempilyarlar – taxta stullar, çox böyük olmayan stollar. Buna baxmayaraq Kantri üslubunun mebelləri heç bir qəliz həndəsi fiqur formasını daşımır. Onlar çox əlverişli, rahat və funksional formada olmalıdır. Massivli kreslolar burada heç faydalı deyil, daha yaxşı olardı ki, kişik divanlar və yellənən kreslolardan istifadə olunsun.

Əvvəllər Kantri üslubu öz kobud forması ilə seçilirdi. Hal – hazırda Kantri üslubu daha möhtəşəm və müasirdir, amma öz qədimliyini və təbiətə meylliyini itirmədən.

Parça istifadəsində təbii materiallar hökm sürür. Bunlar pambıq və kətandır. Kantri üslubunun interyerində  – sıx pərdələr, kilim və ədyallar mövcuddur. Divarlarda gildən boyalı boşqablar və metal ştamplamalar asılır. Aksesuar olaraq nadir kitablar, çiçəklər, sadə qədim əşyalar, məsələn müəyyən tarixə malik keçmiş geyimlər – Kantri üslubunu salamlayır.

Rənglərə gəldikdə isə Kantri üslubu gözü yormayan yumşaq təbiət rənglərinə üstünlük verir. Parlaq rəngə rast gələ bilməzsiniz. Hər şey təbiət motivləri ilə uyğunlaşdırılır. Hətta mebel belə yonulmamış, rənglənməmiş sadəcə hörülmüş ola bilər.

Əgər siz Kantri üslubunu klassik tərzdə yaratmaq istəyirsinizsə, divarları taxta panellərlə əvəz edin və bir divara mütləq kamin yerləşdirin. Kamin Kantri üslubunun evə istilik və rahatlıq verən əvəzolunmaz detalıdır. Kənd həyatı tərzinə xas digər atributlar – dibçək çiçəkləri, abajurlu lampalar, çiçək naxışlı qab – qacaq, nazik süfrələr, fərqli şamdanlardır. Lakin həqiqi Kantri üslubu  şəhər səs – küyündən uzaq olmaqdır, harada ki, təmiz hava öz təravəti ilə nəfəsi canlandırır.