Minimalizm

Minimalizm XX əsrin əvvəllərində yaranmışdır, incəsənət və ənənəvi materialları aradan qaldıraraq tezliklə bir çox istiqamətlərdə yayılmışdı. Az təsvirli vasitələr, sadə və dəqiq şərhli kompozisiyalar üsluba xasdır. İstifadə olunan materiallar təbii və sənaye, kiçik həcmli, sadə həndəsi formalara və düz xətlərə yüngül yol verilir.

Minimalizm Hay Tek üslubunun müxtəlif bir növü kimidir, ofis və yaşayış sahələrinə rahatdır. Bu üslubların fərqi ondadır ki, burada açıq armatur və borular yoxdur, işıqlar düz müstəvi səthlərdə yüngül rol oynayır, istifadə olunan əşyalara heç bir bəzəkdən istifadə etmədən sadəcə rənglərlə lakonik forma verilir.

Müasir Minimalizmə yaşayış sahəsinə sadəcə zəruri əşyaları toplayıb bir araya gətirmək və aydın işıqlandırma xas xüsusiyyətdir. Otaqlarda mümkün olduğu qədəq daxili arakəsmələrdən istifadə olunmur, məsələn böyük pəncərələr, havalandırmaq və aydınlatmaq üçün arakəsmələr. Onlar o həddə işıqlandırılır ki, yaşayış sahəsi ilə birləşən əhatə edilmiş landşaft da interyerin bir parşası olur.

Rəng qammasını ağ, boz və qara ton əhatə edir. Şüşələrin yəni pəncərələrin parıltısı metal xromla örtülməsində asılıdır, təbii ağac və kərpic rəngi rəng palitrasını tamamlayır.

Divar  və pəncərələr  dekorasiya və təmizlənməsində fasad bəzəkləri yükü altında qalmırlar, üslubun  əsas şərti interyerin funksionallığı, hansı ki, sadəcə yaşamaq deyil, həmçinin də çox rahatdır. Divarlar adətən bir birinə uyğun 2 3 rəngdən ibarət olur. Divar kağızları birrəng, saya və ya zəif rəsmlə olur. Fakturalı suvaqlama maraqlı görsənir,  bunun la yanaşı daş panellər, təbii və süni daşlardan əlavələr, beton, plastik, cilalanmış ağac və kermkadan fraqmentlər də.

Otaqlarda mebel sayısı bacarıldığı qədər minimal sayda olur, xüsusilə səthinin düz olması əsasdır, otağın bütövlükdə xarakterik xüsusiyyətini müəyyən etməlidir. Mebelin istehsalında mat şüşələrdən, paslanmayan poladdan, alüminium səthlərdən, təbii və cilalanmış ağacdan  istifadə olunur. Qrafit və bürünc çərçivəli güzgülər şkafların üzərinə əlavə edilir. Mebellərdə sadə formalar da daima sizi salamlayır.

Metal korpuslarda olan çıraqlar dairəvi və düzbucaqlı plafonlara sahibdirlər. Haloid və neon lampaları tavan işıqlandırılmasında istifadə olunur. Pəncərələrdə jalüzlər arzuolunandır.

Minimalizm hava məkanının illuziyasıdır, hansı ki, əşyaların və formaların sərhəddini aşmayaraq sonsuzluq hissini yaradır.