Xidmətlər

MEMARLIQ - insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir.

 

DİZAYN - sənaye məhsullarının formasını müəyyənləşdirmək üçün edilən yaradıcı fəaliyyətdir. Bura həm xarici görünüş, həm struktur və funksional cizgilərini müəyyənləşdirmək vəzifələri aiddir. Dizayn həm də Əşyaların layihələşdirilməsi insanın əmək, məişət və istirahət şəraitini əlverişliyini nəzərə almaqla onların estetik cəhətdən harmonikliyini təmin edən fəaliyyət sahəsidir.

 

LAYİHƏLƏRİN HAZIRLANMASI - başlanğıc və son zaman nöqtələri olan, yeni məhsul və ya xidmət yaradılmasını nəzərdə tutan, konkret resursa malik olan, keyfiyyət və risk tələblərinə malik unikal fəaliyyət sahəsidir.

 

"Dinamik Yapı" MMC şirkəti olaraq mənzillərinizin, ofislərinizin, bağ evlərinizin və iaşə obyektlərinizin hər üslubda Dizayn Xidmətlərini, həmçinin istənilən torpaq sahəsində (enindən və uzunundan asılı olmayaraq), müştərinin istək və arzuları nəzərə alınmaqla, maksimum dərəcədə komfortlu və optimal layihələrin hazırlanmasını təklif edirik.