Rokoko

Rokoko Barokkonun yenidən işlənmiş davamı kimidir, - özünü sənətdə, interyer dizaynında daha çox göstərmiş, XVIII əsrin əvvəllərində Fransada yaranmışdır. Fransız aristokratiyasının saray həyatının detallarından istifadə edərək, kübar həyatın inkişafına təsir edə bildi və üslubda heç bir konstruktiv dəyişiklik etməyərək öz izini qoydu.

Üslubun xarakterik xüsusiyyəti onun incə və zərif formasıdır, mühüm olan interyerin dekorativ yükü və assimetrik kompozisiyaları, mifologiyaya maraq, rahatlıq və komforta cəhddir. Rokokonun filosofiyası – şənlik və nəşədir. Həmin dövrün dünyagörüşü interyerin və aksesuarların formalaşmasına təsir edib, ona görə də Rokoko üslubu detallar üzərində qurulduğu hesab edilir.

Mirvari çalarlar, mərmərin qamması, sədəfi, bənövşəyi, çəhrayı ilə əhəngin vəhdəti, ağ rəngin mavi və qızılla qarışığı – bu rənglər interyerin koloritində üstünlük təşkil edir. Sıvanın istifadəsi, relyefi oyma panellər, buruq şəklində ornamentlər, çiçəkdən hörüklər, qabarıq lövhələr, amurlar və rokarlar, onun sayəsində üslub adını alıb. Bu tərkib hissələrinin vəhdəti bayram duyğusu yaradır.

Pəncərələr, qapı oyuqları və onların üzərində pannolar – girdə formadadır. Yay ilə oval medalyonların istifadəsində, meyvə və yarpaq bəzəkləri interyerdə rahatlığı göstərir.

Divar naxışlarında – ipək, parlaq parçalar və ya yumşaq parıltılı boyalar, çiçək motivli qobelenlər; qızılı çərçivələrdə güzgü və şəkillərdən istifadə olunur.

Ornamental naxışlar və ya tematik freskalar tavanı divarın davamı edir, onu büllur şamdanlı bürünc çilçıraqla və ya yanan şamların alovu şəklində lampalarla bəzəmək olar.

Döşəmə parket və ya keramika olur, kiçik naxışlı xalçalar isə - dekora əlavə edilmiş detal olur.
Qozdan və cökədən olan oyma mebel miniaturdur, ama rahatdır. Dəbdə dalğalı konturlu əyri ayaqlı skamyalar və sarmaşan tənəkli ornamentli kreslo, stul, divanlar, kanape, taxtlardır. Kartonerlər, vaza üçün postament masa, heykəlciklər və ya mücrülər, bəzəkli tualet stolları və dalğalı, lak fasadlı kamotlar aktualdır.

Üslubun əsas elementləri – yeri dəyişilə bilən ekranlar, mantel saatlar və çilçıraqlar, Çin çiniləri. Tez – tez kreslo və divanlarda naxışlı yastıqlardan, döşəmə oturacaqlardan istifadə olunur. Dizaynın yeniliyi – akvarium balıqlarıdır.

Pastel tonlarında ipək pərdələr, işləməli və qızılı saçaqlı lambrekenlər – pəncərələrin formalaşdırılmasında xüsusi elementlərdir.

Rokoko üslubunu digər tarixi üslublardan fərqləndirən cəhət, onun istənilən məkanda uğurla istifadə olunmasıdır.