Romantizm

Romantizmzərif və incə üslubdur, hansı ki, plastik xəttlər və zəriflik xas əlamətdir. İnteryerdə romantizm mülkiyyətçinin şəxsi maraq dairəsindən və boşluğu necə doldurmağından asılıdır, məhz buna əsasən bu müasir üslub qeyd olunur. Yüngül nostalji elementlər, keçmiş lakin doğma, şirin əşyalar üsluba ailəylə xoş və səmərəli vaxt keçirmək üçün vadar edir.

Romantizm üslubunun xarakterik xüsusiyyətləri – zərif xəttlər, qotik formalı açılışlar, arkalar, yabanı daşlardan kamin, təbii çiçəklərlə dolu güldanlar, folklor dekor (hər bir milliyətin özüə xas xüsusiyyətləri daşıyan) Romantizm üslubunda xəyalpərəstlik və sakitlik abu havası hökmranlıq edir, harada ki heç bir detal təsadüfi deyil və rahatlıq üçün vacibdir. 

Rəng baxımından qoruyucu və sakit pastel tonlara üstünlük verilir. Ən çox krem və ağ rəngin qamması, yasəmən və çəhrayı rənglərin ahəngi istifadə olunur. İfrata varmadan fərqli rənglərin qarışığına da yer verilir

Mətbəx və vanna otaqlarının divarları açıq və tək rəngli olur, qonaq otağı və yataq otağı - açıq narıncı, parlaq bej və açıq qəhvəyi rənglərindən istifadə olunur. Divarlarda tekstildən, zərif cızıqlı və çiçək teksturalı divar kağızlarından istifadə edilir. Divarın yuxarı hissəsində ayırıcı (poduqa) və divardan karniz, aşağı hissəsində isə divar kağızı tonunda taxta panellərdən istifadə edilir. Döşəmədə parket və ya xalça istifadə olunur.

İnteryerin əsas elementləri – bahalı üzlüklü və korpusu qiymətli ağacdan ibarət yumşaq mebeldir. Dəyərli antikvar əşyalara tələbat yoxdur, sadəcə yellənən kreslo və qəmidi güzgülü komod kifayətdir. Mətbəxdə sadə, bir rəng ağ divarla yanaşı, ağ mebeli içərisində rəngli qab – qacaqla bəzəmək xüsusi effekt yaradır. Məsələn keçmiş mətbəx ənənələrini özündə əks etdirən qab - qacaq xüsusi gözəllik verər. Tünd rəngli mebelli qonaq otağı şərq motivlərini özündə daşıyan xalça fonunda möhtəşəm kompozisiya olar. Oyma çərçivədə güzgü, albalı ağacından möhkəm hörülmüş kiçik divan, gecə lampası yanında farfor suvenir yataq otağına xüsusi təravət verər. Otaqlarda işıqlandırma açıq və dağınıq olmalıdır.

İncə materialda mavi rəngdə dama – dama və ya çiçək naxışlı pərdə mətbəxə xüsusi hava verər. Lakin otaqlarda xüsusi manufakturalı p\rdələrə üstünlük verilir.

Mürəkkəb qəfəsli və üzərində şamdan olan təbii daşdan soba, qarşısında divan – kreslo və ya yerdən mütəkkələr, ipək üzlü yastıqlar, divardan asılmış şamdanlar, bir kənarda kitablar, digər tərəfdə rəsm əsəri olan kompozisiya interyerə xüsusi imza atır. Əsas odur ki, istifadə olunan detallar bir – birini tamamlasın.

Dibçəkdə çiçəklər, yeni dərilmiş toplanılmış gül dəstələri və süni çiçəklər dizaynı daha da təravətləndirir.

Romantizm üslubu – xüsusi istilik və doğmalıq abu havası olan yaşayış məkanıdır, hansı ki, sadəcə poetik ruha xitab etmir, həmçinin rahatlığı, doğmalığı sevənlər üçün də zövq verir.