Şərq (Ərəb)

Şərq üslubu sadəcə əhatənizdə olan predmetlərdəki ekzotika deyil, ümumiyyətlə dünyagörüşünün olduqca inkişafıdır. Üslub VII əsrdə, islamın meydana gəldiyi dövrdə yaranıb.

Bu üslubun ornamentlərindəki çətinliklər o səbəbdən idi ki, islam qanunlarına görə insan, heyvan xüsusilə də Allahın təsvirinə icazə verilmirdi. Bu fakt hələ də bu üslubun “vizit kartı” – dır.

Bu üslubda geniş olaraq həndəsi formalardan, parlaq rənglərdən ibarət çiçək motivlərindən istifadə olunur. Şərq üslublu otaqların çıxışı zəngin Fars xalçalarına bənzəyir. Divarlar taxta ilə və ya yumşaq parça ilə örtülür (barxat, ipək), keşmiş qapılarda isə hörmə çərçivələrdən ibarət yüksək tağlardan istifadə olunurdu.

Mebel digər şərq mədəniyyətində olduğu kimi, bu üslubun da interyerin vacib atributu olmayıb. Şkafları divar boyu zərlə bəzdilmiş oyma taxçalar və sandıqçalar əvəz edirdi. Çarpayılar hər zaman pərdələrlə örtülürdü, bahalı parça və xalçalarla bəzədilirdi. Şərq üslubunda stullar adətə uyğun olaraq olmur. Şərq üslubunda alçaq stollar olur, oturmaq üçün isə ayrılan böyük hissələrdə döşəkçələr və ya sadə xalçalardan istifadə olunur. Stollar nadir hallarda standart formada olur, əksər vaxt onlar oymayla və ya mozaiklə bəzədilir.

Şərq üslubunda mozaika – onun bir fərqləndirici xüsusiyyətidir. Üslub, əl işləməli taxta çubuqlarla və həndəsi fiqurlarla – romb, üçbucaq,ulduzlarla təqdim olunur. Bütün kompozisiyalar perlamut kölgələrlə dekor edilir, yuxarı hissə isə ya lakla örtülür, ya da cilalanır.

Müasir dövrdə şərq üslubunu yaratmaq üçün aşağıdakı aksesuarlardan istifadə edə bilərsiniz:
- rəngarəng muncuqlarla bəzədilmiş dekorativ lampalar;
- naxışla örtülmüş dar boğazlı küplər

Tavan və divarlar şərq üslubunun ənənəvi simvolları ilə - xalçalar və mozaiklərlə bəzədilir.

Şərq memarları öz işlərini bilirdilər, onlar hökmdarlarının həyatının zənginliyini və dəbdəbəsini ustalıqla yüksəldə bilirdilər, bununla yanaşı əsas məqsad o idi ki, möhtəşəm rəsm əsəri yaratmaqla, tarixdə yaddaqalan iz buraxsınlar. Bu yanaşmanın nəticəsi olaraq Müstəmləkə ölkəsi olan İtaliyada rast gələ bilərsiniz. Misilsiz gözəlliyi ilə xəlifələrin sarayları, əyanlarının evi, digər - müsəlman və маvritan tikililər buna misaldır. Qeyri - adi memarlıq təşkil edən binaların əhatəsi kölgəli bağlarla əhatə olunmuş möhtəşəm bəzədilmiş fəvvarələr və ekzotik quşlarla tamamlanırdı.