Yunan

Yunan üslubu tarixboyu bir neçə periodda olub və məhz qədim memarlıqla və Ellada mədəniyyətilə əlaqəlidir. Üslub, qladiatorların rəsmlərini nümayiş etdirərək, böyük imperiyanın gücünü və bacarığını daim vurğulayır.

Üslubun simvolu – kvadrata əlavə edilmiş dairədir, hansı ki, Yunan filosofiyasında təməl daşı sayılır, mükəmməl forma və harmoniya təbliğ edir.

Qədim Roma üslubundan fərli olaraq Yunan üslubunun interyerinin xarakterik cəhəti zövqündə təmizlik və cah – cəlal dadının olmamasıdır.

İnteryerin dizaynında pastel çalarlı çiçəkli mərmərlərdən istifadə olunur. Naxış və bəzəklərdə soyuq rənglərin palitrası daha uğurlu alınır – ağ, günəş və limon sarısı, göy rəngin bütün tonları, göy – yaşıl və zümrüd, qırmızı – sarı da qeyd oluna bilər.

Yunan üslubunda divarları taxta panellərlə elə üzləyirlər ki, sanki onların möhkəmliyini külək, dəniz və günəş yoxlayır. Ancaq çox vaxt divarlarları faktiki malalayırdılar ki, məhz o, interyerə ciddilik, klassik sadəlik və şarm verir. Sonra onları qırıq xətt ornamentlərilə, həndəsi fiqurlar və freskalarla bəzəyirlər.

Genişlik duyğusu yaratmaq üçün tavanlar hündür, əl işləməli və qədimi mat səthlə olmalıdı. Divarla tavanın rəngi adətən rəngli qammada olur, bəzən də bozumtul və pastel çalarlarında olur. Relyef təsvirlərində antik Allahların və tarixdən izlərin nəqqaşlığı yerli yerində olur. Döşəmə məkanın vizual bütövlüyünü və minimum yerə döşənən örtünü nəzərdə tutur.

Mebelin xüsusiliyi – formasının sadəliyindədir. Yunan üslubunun interyerinə xas əvvəlcə skamyalar və yumşaq üzlüklü əyri ayaqlı stullar, qızıl və ya gümüş ilə işlənmiş heyvan pəncələri şəklində 3 ayaqları aşağı yemək masalarıdır. Hal – hazırda müxtəlif mebellərin qarışığı da mümkün olan xüsusiyyətdir.

Dəbdə açıq rəngli bataqlıq palıdından və ya şamdan şkaflar, oyma və ya saxta elementlərdən bəzəklər, alçaq stullar və sadə stollar, terras mebelində isə hörmə qamış və ya rattandan istifadə olunur. Ən əsası heç bir vilvet, barxat və dəri materiallar olmasın.

Yunan üslubunun interyerində toxuculuq olduqca praktikdir, nəinki estetik. Parçalar əsasən təbii mənşəlidir. Həsir və bambu jalüzlardan istifadə mümkündür.

Dekorun predmetləri –kiçik amforalar və ya yerdən qoyulmuş ornamentlərlə işlənmiş güldanlar, heykəllər və heykəltaraşlıq əsərləri, halqalı pələng başlı qapı dəstəkləri bunlara aiddir. Sütunlar Yunan üslubunun interyerində zəruri atributdur.

Deməli, belə interyer yaratmaq hamının işidir, kiməsə qədimi sadəlik ürəyincədir, kiməsə səmərəlilik, demokratik yanaşma ilə rəngarəng birləşmə, ümumiyyətlə Yunanıstan abu havası və harmoniyası ürəyincədir.