İnteryer Dizaynı

       İnteryer dizaynı hazırlayarkən, mənzil, ofis və s. olmasına baxmayaraq burada ilk növbədə funksionallıq və estetik cəhətlər əsas götürülür. Vacib olan amil insanların tələblərinə cavab verəcək bir mühitin yaradılmasıdır. Ümumiyyətlə interyer dizaynı hansısa qanunauygunluq prinsipləri əsasında qurulmur. Dizaynda əsas rolu insanın zövqü oynayır.

       İnteryeri lazımı qaydada qurmaq üçün evin layihəsini, tipini nəzərə almaq lazımdır. Hər bir istənilən mənzili və ya ofisi layihəyə uygun olaraq dəyişmək və əlavələr etmək mümkündür. Əsas insanda uzaqgörənlik və yüksək fantaziya olmalıdır ki, estetik gözəlliklə yanaşı, rahat və funksional şərait yarada bilsin! Mənzildəki əşyaları müəyyən vaxtdan bir yerlərini dəyişdirmək, zövqlə yerləşdirmək insana müsbət enerji bəxş edir.

        İnteryerin düzgün dizaynının üstünlüyünü siz gündəlik həyatda hiss edə bilərsiniz. Bu rahatlıq, funksionallıq sadəcə olaraq hər gün yaxşı əhval-ruhiyyə deməkdir! Hər bir sahədə oldugu kimi, interyerin dizaynında da mütəxəssis rəyinə ehtiyac duyulur. Yaşadığı mənzilin daimi sakini olduğu üçün hər bir şəxs öz daxili aləminə, zövqünə uygun dizayn formalaşdırmalıdır. Hər bir layihənin özünəməxsus dizaynı olur.